Metroda siqaret çəkən şəxs saxlanılıb.

Bununla bağlı "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O qeyd edib ki, şəxs müəyyən olunaraq saxlanılıb və hazırda araşdırma aparılır. Barəsində qanunamüvafiq tədbir görüləcək. 

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə metronun vaqonunda siqaret çəkən şəxsin görüntüləri yayılıb.