Bakıda restoran yanıb.

"Unikal"ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində qeydə alınıb.

Belə ki, adıçəkilən küçədə yerləşən "Best pub" restoranında yanğın başlayıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Artıq FHN əməkdaşları tərəfindən yanğın söndürülüb.

Murad İbrahimli