Bakıda əsgər intihara cəhd edib.

"Unikal" xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən bildirilib ki, 09.09 2023-cü il tarixində saat 21:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının əsgəri 2004-cü il təvəllüdlü Cəfərov Kənan Bəhman oğlu qaravul postunda xidmət apararkən ona təhkim olunmuş xidməti silahdan atəş açaraq intihara cəhd edib.

Əsgər K.B.Cəfərov təcili xəstəxanaya yerləşdirilib, həkim nəzarətindədir, müalicə olunur. Həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.