Salyanda avtomobil qadını vuraraq öldürüb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Arbatan kəndində qeydə alınıb.
Beton qarışdıran yük avtomobili yolu keçən Salyan şəhər sakini, 1941-ci il təvəllüdlü Süleymanova Rəşxəndə Firudin qızını vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.