ABŞ prezidenti Co Baydenin karvanında olan avtomobilin sürücüsü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanın olduğu otelə girdiyi üçün “protokolun pozulması” səbəbi ilə saxlanılıb.

"Unikal" xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 Liderlər Sammiti zamanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanın qaldığı Tac otelində böhran yaşanıb.

ABŞ prezidenti Baydenin karvanındakı avtomobil otelə daxil olarkən sürücü “protokol pozuntusu” səbəbi ilə saxlanılıb.

İfadəsində sürücünün bir iş adamının onu bu otelə endirməsini xahiş etdiyini, ona görə də Tac otelinə getdiyini və mühafizəçilər tərəfindən saxlandığı zaman iş adamının avtomobildə olduğunu dediyi öyrənilib.

Təhlükəsizlik protokollarından xəbərsiz olduğunu iddia edən sürücü dindirildikdən sonra sərbəst buraxılıb, lakin Baydenin karvanından çıxarılıb.