İranda son 13 ildə 200 qadın edam olunub

"Unikal" xəbər verir ki, İran İnsan Haqları Təşkilatı dünən Məşhəd şəhər mərkəzi həbsxanasında daha bir qadın məhbusun edam edildiyinə toxunaraq bildirib ki, İranda 2010-cu ildən bəri 200 qadın dar ağacından asılıb. 

Təşkilatdan verilən məlumata görə, bu, cari il ərzində asılan sayca 12-ci qadın məhkumdur. 

Qeyd edək ki, edam olunan qadınlardan 94 nəfəri narkotik cinayətlərində, 90 nəfəri qəsdən adam öldürməkdə, 4-ü nikahdan kənar münasibətdə, ikisi isə casusluqda ittiham edilib.