Avropa İttifaqı və Çin bu ilin sonuna qədər ikitərəfli sammit keçirmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Çarlz Mişel və Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Tsyan arasında Hindistanda keçirilən G20 sammiti çərçivəsində keçirilən  görüşdən sonra verilən bəyanatda deyilir .

“Hər iki tərəf geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparıb, sabit və konstruktiv münasibətlərin davam etdirilməsində maraqlı olduqlarını təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Mişel həmçinin sammitə hazırlıq zamanı yüksək səviyyəli sənaye dialoqlarının vacibliyini xatırladıb. Bunların arasında 10-cu İqtisadi və Ticarət Dialoqunun adı çəkilir.

Mişel qeyd edib ki, “Aİ və Çin iqlim dəyişikliyi, pandemiya ilə mübarizə kimi qlobal problemlərin həlli üçün birgə işləməlidir...”.

Çin və Avropa İttifaqının iştirakı ilə keçiriləcək ikitərəfli sammitin gələcək görüşü ilə bağlı başqa təfərrüatlar verilmir.