Rusiyalı jurnalistlər Emmanuel Makronun konfransına buraxılmadı.
"Unikal"
xəbər verir ki, Fransa prezidenti Yeni Dehlidə keçirilən G20 sammitindən sonra mətbuat konfransı keçirib.

İnsident Makronun çıxışına çatmağa çalışan “Rossiya xəbərləri”nin baş redaktoru Yekaterina Nadolskaya ilə baş verib, təhlükəsizlik işçisi onun hansı ölkədən olduğunu soruşaraq onun yolunu kəsib. Müxbirin Rusiyadan olduğunu biləndə: “Səbəbini özün bilirsən” deyə cavab verib.

O da bildirilir ki, RİA Novosti müxbirləri zalın dolu olduğunu səbəb gətirərək mətbuat konfransına buraxılmayıb.