"Moskva Parisin belə bir addımını irqçilik və aqressiv millətçiliyin açıq-aşkar təzahürü kimi qiymətləndirir".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Mariya Zaxarova Hindistanda Emmanuel Makronun mətbuat konfransına jurnalistlərin buraxılmamasına münasibət bildirərkən deyib.

Diplomatın sözlərinə görə, Fransa öz informasiya məkanında “cadugər ovu”na başlayıb və “öz ictimai sahədə Rusiya yayımçılarının media varlığını məhv edib”. Zaxarova vurğulayıb ki, 11 Fransa mediasının nümayəndəsi Rusiyada akkreditasiyadan keçib və onların Xarici İşlər Nazirliyinin tədbirlərinə sərbəst çıxışı var.

Qeyd edək ki, bu gün mühafizəçi bir neçə rusiyalı jurnalisti G20 sammitindən sonra Fransa prezidentinin mətbuat konfransına buraxmayıb.