İndoneziya, Yaponiya və Filippinin birgə ev sahibliyi etdiyi basketbol üzrə Dünya çempionatının finalında Almaniya millisi Serbiya yığmasını məğlub edib.

"Unikal" xəbər verir ki, həlledici görüş 83:77 (23:26, 24:21, 22:10, 14:20) hesabı ilə başa çatıb.

Bu, Almaniya yığmasının tarixində ilk dünya çempionluğudur. Turnirdə  almanların bürünc medalı da var (2002).

Xatırladaq ki, 2023-cü il dünya çempionatında üçüncü yeri ABŞ basketbolçularına qalib gələn Kanada komandası tutub.