Suriya dövlətin təbii ehtiyatlarının sistemli şəkildə oğurlanmasına görə ABŞ-dan təzminat istəyir.

"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasına məlumat verib .

“Dəməşq ABŞ-ın Suriya ərazisində qeyri-qanuni hərbi mövcudluğuna son qoyulmasını, Amerika administrasiyasının neft və qaz sektoruna dəymiş ziyana görə cavabdeh olmasını və oğurlanmış neft ehtiyatlarına görə təzminat ödəməyi öhdəsinə götürməsini tələb edir”.