Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, sentyabrın 10-u  axşam saatlarında Quba rayonunun Alekseyevka  kəndi ərazisində “Mersedes”, “Vaz-2107” və “Niva” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.