Rusiyanın Rostov vilayətində məktəbə bıçaqlı hücum olub.  

"Unikal" xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vasili Qolubev özünün "Telegram" kanalında məlumat verib.  

"Saat 07:50-də Neklinovski rayonundakı “Krasnıy Desant” fermasındakı məktəbdə bıçaqla silahlanmış və üzünü maskanın arxasında gizlədən 15 yaşlı yeniyetmə məktəbə daxil olmaq istəyərkən  üç nəfəri yaralayıb",  - deyə rayon rəhbəri yazıb.

Hücum edən şəxs şahidlər tərəfindən saxlanılıb.

Qolubevin sözlərinə görə, məktəbə hücum edən oğlan psixi xəstəlikdən əziyyət çəkir.

Seymur Əli