ABŞ tarixində ən qanlı terror aktı sayılan 11 sentyabr 2001-ci il hücumundan 22 il keçir. Yaxın tarixin gedişatını dəyişdirən 11 sentyabr hücumlarında minlərlə insan həyatını itirib. 

"Unikal" xəbər verir  ki, Əl-Qaidə lideri Üsamə Bin Laden tərəfindən həyata keçirilən hücum bəşər tarixində ən qanlı terror aktı kimi qeydə alınıb.

Bəs, dövlətlərin antiterror siyasəti, hərbi doktrinaları, beynəlxalq hüquq, qeyri-dövlət silahlı qüvvələrinin imkanları, təhlükəsizlik baxımından qırılma nöqtəsi olan 11 sentyabr 2001-ci ildə nə baş verib?

- ABŞ-da maliyyə sisteminin mərkəzi sayılan Nyu-York sentyabrın 11-i səhər saatlarında Əkiz Qüllələrdə törədilən terror aktları ilə oyanıb.

- Vaşinqtondan havaya qalxaraq San-Fransisko və Los-Ancelesə gedən 4 sərnişin təyyarəsinin qaçırılmasının ardından Los-Ancelesə gedən "American Airlines" sərnişin təyyarəsi yerli saat 08.46-da Əkiz Qüllələrin şimal binasına çırpılıb.  

- Şimal qülləsi alov içində yanarkən, ilk hücumdan 17 dəqiqə sonra "United Airlines"a məxsus qaçırılmış başqa bir təyyarə cənub qülləsinə çırpılıb.

- Həm ABŞ, həm də bütün dünya tərəfindən canlı izlənilən hücumlardan bir neçə dəqiqə sonra əkiz qüllələr çöküb və Manhetten adası toz buludlarına bürünüb. 

11 Eylül saldırıları: 2001'de neler yaşandı, 19 yılda neler değişti? - BBC  News Türkçe

- Əkiz qüllələrə edilən hücumlardan sonra qaçırılan daha bir təyyarə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.

- Qaçırılan sonuncu təyyarə Pensilvaniyanın kəndlərində F-16-lar tərəfindən vurulub.

- 11 sentyabr hücumları nəticəsində təyyarələri qaçıran 19 hücumçu istisna olmaqla, Nyu-York, Vaşinqton və Pensilvaniyada ümumilikdə 2977 nəfər həyatını itirib.

- Dağıntıların axtarışı zamanı mülki şəxslərdən başqa 343 yanğınsöndürən və 72 təhlükəsizlik işçisi həyatını itirib və ya itkin düşüb.

- Hücumlarda 25 mindən çox insan yaralanıb.
 
ABŞ-ın 11 sentyabr hücumlarına ilk cavabı Əfqanıstana girmək olub. Taliban ABŞ-ın Əl-Qaidə lideri Usamə Bin Ladeni ekstradisiya etməkdən imtina etdikdən, Taliban administrasiyasını devirdikdən və Qərbin dəstəklədiyi Həmid Kərzai hakimiyyətə gəldikdən sonra 2001-ci il oktyabrın 7-də ABŞ-ın o zamankı prezidenti Corc Buş Əfqanıstanı işğal edib. ABŞ-ın Əfqanıstanın terrorçular üçün “baza”ya çevrilməsinin qarşısını almaq əməliyyatından illər sonra bu ölkə İŞİD yaraqlıları üçün “təhlükəsiz sığınacaq”a çevrilib.

ABŞ-ın Əfqanıstanı işğalından bu yana ölkədə 50 mindən çox mülki şəxs və 2500-ə yaxın Amerika əsgəri həyatını itirib.

İraqın işğalı - İraqın paytaxtı Bağdadın Firdovs meydanında Səddam Hüseynin heykəli söküldü 

A.P.

Əfqanıstanın işğalından sonra Buş administrasiyası 20 mart 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik qərarı olmadan İraqda kimyəvi silah tapıldığını əsas gətirərək “önləyici müharibə” adı altında İraqa girib və Səddam Hüseyni devirərək edam edib.  

Əməliyyat "İraqın Azadlığı Əməliyyatı" adlandırılıb, lakin hərbi müdaxilələr və məzhəb savaşları nəticəsində yüz minlərlə dinc sakin həyatını itirib. Dinc əhalinin tələfatı ilə nəticələnən və milyardlarla dollara başa gələn İraqın işğalı İŞİD-in yaranmasına da zəmin yaradıb. 

Yeni dünya düzəni - Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə 11 sentyabr terror hücumlarından sonra bölgədəki son vəziyyət  

A.P.

11 sentyabr terror aktlarından sonra başlayan “yeni dünya nizamı” və “terrorla mübarizə” yeni təhlükəsizlik strategiyalarını da özü ilə gətirib. Hücumlarla təkcə ABŞ-da deyil, bütün ölkələrdə milli təhlükəsizlik anlayışı dəyişib. Dövlətlər milli təhlükəsizliyə daha çox pul ayırmalı olublar. Təkcə adi və ya kimyəvi silahlar deyil, istənilən şübhəli avtomobil, şəxs və ya paket indi terror təhlükəsi kimi qəbul edilir. İctimai yerlərdə, xüsusilə hava limanlarında daha çox təhlükəsizlik tədbirləri görülüb, beləliklə yeni bir təhlükəsizlik anlayışı və sektoru ortaya çıxıb. 

 ABŞ-ın “terrora qarşı müharibəsi” Əfqanıstanda başladı 

A.P.
 
“Terrorla müharibə” ritorikasından sonra ABŞ-ın Əfqanıstanı 20 illik işğalında baş verən hadisələr belə oldu:

7 oktyabr 2001: ABŞ qüvvələri Taliban və Əl-Qaidə qüvvələrinə qarşı hava əməliyyatlarına başlayıb. ABŞ-ın 1000-ə yaxın xüsusi əməliyyat qüvvələri və Mərkəzi Kəşfiyyat İdarəsinin zabitləri birbaşa hücumlara kömək etmək və əfqan müxalifət qüvvələrini təşkil etmək üçün Əfqanıstana daxil olub. Eyni dövrdə Talibana təzyiq etmək üçün təxminən 1300 dəniz piyadası yerləşdirilib.

9 noyabr 2001: Taliban hakimiyyəti Məzari-Şərifdə Özbəkistanın hərbi lideri feldmarşal Rəşid Dostuma sadiq qüvvələrə uduzduqdan sonra sürətlə dağılmağa başlayır.

14 noyabr 2001-ci il: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası üzvlərini Əfqanıstanda keçid hökumətinin qurulmasında "mərkəzi rol" oynamağa çağıran və sabitliyi və yardımın çatdırılmasını təşviq etmək üçün üzv dövlətləri sülhməramlılar göndərməyə dəvət edən 1378 saylı qətnaməni qəbul edib.  

5 dekabr 2001-ci il: BMT Almaniyanın Bonn şəhərində keçirilən konfransa Talibandan başqa əsas əfqan qruplarını dəvət edib və tərəflər BMT Təhlükəsizlik Şurasının 1383 saylı qətnaməsi ilə ratifikasiya olunmuş Bonn sazişini imzalayıblar. Bonn sazişindən sonra BMT Təhlükəsizlik Şurasının 20 dekabr tarixli 1386 saylı Qətnaməsi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) yaradılması haqqında qərar qəbul edib.  

Əfqanıstanda Taliban hakimiyyəti 9 dekabr 2001-ci ildə sona çatdı

A.P.
 
 9 dekabr 2001-ci il: Talibanın Qəndəharı təslim etməsi və Taliban lideri Molla Ömərin şəhəri tərk etməsi ilə Taliban hökmranlığı sona çatır.

16 dekabr 2001: Əfqan milislərinin Əl-Qaidə lideri Usamə bin Ladeni tutmaq üçün dekabrın 3-dən 17-dək Əl-Qaidə yaraqlıları ilə apardığı müharibə yüzlərlə insanın ölümü və bin Ladenin qaçması ilə nəticələnib. Müharibənin birinci ilində 2375 dinc sakin həyatını itirib. 

Mart 2002: Təxminən 800 Əl-Qaidə və Taliban döyüşçüsünü ələ keçirmək üçün ilk böyük əməliyyat, Anakonda Əməliyyatı başladılıb. Əməliyyatda təxminən 2 min ABŞ və 1000 əfqan əsgəri iştirak edib.

17 aprel 2002: Buş Əfqanıstanın yenidən qurulmasına çağırır.

2001-2009-cu illər:  ABŞ Konqresi Əfqanıstana humanitar və yenidənqurma yardımı üçün 38 milyard dollardan çox vəsait ayırıb.

İyun 2002: 2001-ci ilin dekabrından Əfqanıstanın müvəqqəti administrasiyasının rəhbəri olan Həmid Kərzai ölkənin keçid hökumətinin başçısı seçildi.

Bin Laden 11 sentyabr hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb

 A.P.
 
29 oktyabr 2004: Üsamə Bin Laden Qətərdə yerləşən Əl-Cəzirə kanalında yayımlanan bəyanatında 11 sentyabr 2001-ci il hücumlarına görə məsuliyyəti öz üzərinə götürdüb.

23 may 2005-ci il: Əfqanıstan prezidenti Həmid Kərzai və ABŞ prezidenti Corc Buş birgə bəyanat yayaraq, ölkələrini strateji tərəfdaşlar elan ediblər. Bəyannamədə ABŞ qüvvələrinə "beynəlxalq terrorizmə qarşı müharibə və zorakı ekstremizmlə mübarizə" üçün Əfqanıstanın hərbi obyektlərinə giriş icazəsi verilib.

Usamə Bin Laden 2011-ci il mayın 1-də öldürülüb

A.P.

 1 may 2011-ci il: Usamə Bin Laden ABŞ qüvvələrinin Pakistanda keçirdiyi reydi zamanı öldürülüb.  Müharibəyə başlayan hücumlara görə məsuliyyəti öz üzərinə götürən Bin Ladenin öldürülməsi Əfqanıstanda müharibənin davam etdirilməsi ilə bağlı davam edən müzakirələrə səbəb olub.

22 iyun 2011-ci il: Obama 2012-ci ilin yayına qədər 33 000 əsgərini geri çəkməyi planlaşdırdığını açıqladı. Bu kontekstdə ilin sonuna qədər 10 min əsgərin geri çəkilməsi lazım olduğunu bildirən Obama, 2014-cü ildə təhlükəsizlik əfqanlara verilənə qədər geri çəkilmənin sabit bir templə davam etməsini istəyib.

7 oktyabr 2011-ci il: Əfqanıstandakı müharibənin 10-cu ili keçdikcə təkcə 2011-ci ildə 3 min 133 mülki şəxs, ümumilikdə 17 minə yaxın vətəndaş həyatını itirib. 

 ABŞ və Taliban arasında sülh danışıqları başlayıb

 21 avqust 2017-ci il: Yanvar ayında vəzifəyə başlayan Donald Tramp Talibanı Kabil hökuməti ilə sülh danışıqları aparmağa məcbur etmək üçün əfqanları dəstəkləyən ABŞ qüvvələrini yerləşdirməyə çağırıb. 

 Fevral 2019: Dohada ABŞ və Taliban arasında danışıqlar 2018-ci ilin sonlarında başlayan sürətə əsaslanaraq indiyə qədər ən yüksək səviyyəyə çatıb. 

7 sentyabr 2019-cu il: ABŞ-ın baş müzakirəçisi Xəlilzad Taliban liderləri ilə “prinsipcə” razılığın əldə olunduğunu elan etdikdən bir həftə sonra Tramp sülh danışıqlarını qəfil dayandırıb. 

2020-ci ilin fevralında razılaşma ilə başlayan geri çəkilmə tamamlandı

A.P.
 
29 fevral 2020-ci il: ABŞ elçisi Xəlilzad və Taliban, ABŞ qoşunlarının Əfqanıstandan əhəmiyyətli dərəcədə çıxarılmasına yol açan və Talibandan ölkənin terror fəaliyyətləri üçün istifadə olunmayacağına dair təminatları ehtiva edən saziş imzalayıb. 

Sülh sazişi çərçivəsində qoşunların son geri çəkilməsi üçün qəti tarix olaraq 2021-ci il mayın 1-i təyin etməklə Əfqanıstandan geri çəkilmə prosesi başlayıb. 2001-ci il oktyabrın 7-də başlayan ABŞ-ın Əfqanıstandakı varlığı 20 ildən sonra qoşunlarının Əfqanıstandan çıxarılmasının avqustun 31-də başa çatması ilə başa çatıb .

11 sentyabr İslamofobiyanın artmasında təsirli oldu

11 Sentyabr hücumları müsəlmanlara qarşı nifrət cinayətlərinin böyük artmasına və xüsusilə Qərbdə, xüsusən də ABŞ-da islamofobiyanın dərinləşməsinə səbəb olub. “İslamçı terrorizm” və “radikal İslam” anlayışları mətbuatda tez-tez istifadə olunmağa başlayıb. 

Araşdırmalar göstərir ki, beynəlxalq media digər dinlərin və ya qrupların nümayəndələri tərəfindən həyata keçirilən hücumlardan daha çox müsəlmanların iştirak etdiyi terror aktlarını işıqlandırır.

 Hazırladı: Gülayə Mecid