Bu il Bakı məktəbləri üzrə 53 direktor işə qəbul edilib.

"Unikal" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, eyni zamanda, 2284 müəllim işə götürülüb.

"Məktəbəqədər təhsildə isə 84 tərbiyəçi-müəllim işə götürülüb", - deyə o əlavə edib.