“2024-2028-ci illər üçün rəqəmsal səhiyyə üzrə Milli Strategiya”da rəqəmsal dəyişikliklərə mövcud hazırlıq dərəcəsi və sonrakı illərdə onun əhəmiyyətli artımı ilə əlaqəli rəqəmsal səhiyyə modelinin tətbiqi qərara alınıb.

"Unikal" xəbər verir ki, bunu səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov deyib. O, nazirliyin biz bir sıra inkişaf etmiş ölkələrin rəqəmsal səhiyyə modellərinin öyrənilməsi və araşdırdırılması istiqamətində geniş monitorinqlər apardığını deyib:

“Bir nəticə olaraq retransformasiya olmadan tətbiq ediləcək unikal model mövcud deyil. Bu, səhiyyənin spesifikliyi, qanunvericilik və idarəedici xüsusiyyətlər, tibb işçilərinin hazırlıq səviyyəsi, eləcə də rəqəmsallaşma və məlumatların qorunmasında milli tənzimləyicilərin tələbləri nəzərə alınmaqla vahid rəqəmsal mənzərəyə inteqrasiya edilməli olan rəqəmsallaşmanın mövcud vəziyyətidir. Buna görə də, beynəlxalq təcrübə, o cümlədən rəqəmsallaşma sahəsində yol verilmiş səhvlər nəzərə alınaraq, “2024-2028-ci illər üçün rəqəmsal səhiyyə Milli Strategiya”da rəqəmsal dəyişikliklərə mövcud hazırlıq dərəcəsi və sonrakı illərdə onun əhəmiyyətli artımı ilə əlaqəli rəqəmsal səhiyyə modelinin tətbiqi qərara alınıb. Səhiyyə sektorunun sistemli rəqəmsallaşması bu sahədə problemlərin həllinə və faydaların maksimuma çatdırılması üçün texnoloji həllərin tətbiqinə, eyni zamanda bütün maraq tərəflərin tədricən cəlb edilməsinə yönəlmiş strateji bir yanaşmadır".