Rusiyalı aktyor Andrey Şaronov vəfat edib.

"Unikal" xəbər verir ki, aktyor 72 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, Şaronovun ilk çəkildiyi film 1981-ci ildə lentə alınan “Bu Narva qapısının arxasında” musiqili komediyası olub. O, həmçinin “Markalı”, “Emma”, “Rus simfoniyası”, “Əvvəlcə yaşamaq” və “Belə iş” filmlərində rol alıb.