"Rusiya Federasiyasının İsveç və Finlandiya ilə heç bir problemi yoxdur".

"Unikal" xəbər verir ki,  bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Rusiyanın nə Finlandiya, nə də İsveçlə problemi var. Ümid edirik ki, onların Rusiya Federasiyasına yönələcək raketləri olmayacaq", - Peskov bildirib.

 Eyni zamanda o qeyd edib ki, Kreml NATO-nun yeni üzvlərindən onların hərbi infrastruktur elementlərini yerləşdirməyə hazır olduqları barədə siqnalları izləyir.  

“Biz alyansın yeni üzvlərinin öz ərazilərində NATO-nun bəzi hərbi infrastruktur obyektlərini yerləşdirmək istəyi və buna hazır olduqları və sair və sair barədə bəyanatlar eşidirik”, - o, RBC-yə müsahibəsində deyib.