Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Serbiyanın Belqrad Universitetinin doktorantura proqramının rəhbəri, professor Aleksandar Nedelykoviçin iştirakı ilə Akademiyanın professor-müəllim heyəti üçün “Biotibbi tədqiqat metodları” mövzusunda təlim başlayıb.

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidməti məlumat yayıb. 

5 gün davam edəcək təlimin məqsədi mütəxəssislərdə kompleks yanaşmanı, nəzəriyyə və təcrübi tədqiqatlar, xüsusilə eksperimental araşdırma üsulları vasitəsilə müvafiq bacarıq və vərdişləri formalaşdırmaq, eyni zamanda mənimsənilən nəzəri bilikləri praktikaya tətbiq etmək, əldə edilən tədqiqat nəticələrini sistemləşdirmək və  fikirlərin arqumentlərlə sübut edilməsi qabiliyyətini inkişaf etdirməkdir.