Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana "Tarixin bir günü" verilişinə qatılıb.
"Unikal" xəbər verir ki, proqramın aparıcısı Tarix Əliyev (Tolik) müğənninin Canana ilə bağlı bir neçə gün əvvəl verdiyi açıqlamadan bəhs edib:
"Bir neçə ay əvvəl Canananı verilişə çağırmaq istədim. Mətanət İsgəndərli telekanalın rəhbərinə (MTV nəzərdə tutulur - red.) zəng etdi ki, lazım deyil, söhbət unudulsun. Teymur Əmrahı araya saldı. İndi çıxıb efirdə deyir ki, ortada xəyanət var".
Canana "Bilmədim xəyanəti mənim, yoxsa başqası haqda deyir. Amma oğlundan danışır, məni heyvanla müqayisə edir. Deyir ki, ana deyil. Nə üçün övladlarım yanıma gəlmir? Çünki keçmiş qayınanam və ərim mənə ev vermir. Özüm kirayələrdə qalıram. Məni kim qınayırsa, Allah ona yaşadıqlarımı yaşatsın. Xahiş edirəm, analığımla bağlı məni təhqir etməsin. Analıqdan elə adam danışar ki, haqqı olsun" sözlərini söyləyib.
Canana M.İsgəndərlinin onu şantaj etdiyini iddia edib:
"Uşaqlarım üçün mübarizə apardım. Mənə heçnə lazım deyil. Siz bilmirsiniz, onlar tərəfindən mənə necə şantajlar olunub. Yaşadıqlarımdan xəbəriniz yoxdur. İş yerim, gözəllik salonum bağlandı".
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi. Canana daha sonra apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyumluğunu atadan alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.