Çeçenistan lideri Ramzan Kadırovun yataq xəstəsi olduğu deyilir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Çeçenistan lideri səhhətinin qəfil pisləşməsinə görə keçmiş səhiyyə naziri, əslən azərbaycanlı olan Elxan Süleymanovu günahlandırıb. 

Belə ki, Kadırova şəxsən iynə vurduğu iddia edilən Süleymanov, Çeçenistan liderini zəhərləməkdə ittiham edilib. 

O, 2022-ci ilin oktyabrında baş nazirin müavini vəzifəsindən uzaqlaşdırıldı, bununla da müəmmalı şəkildə yoxa çıxdı.

Qeyd edək ki, milliyyətcə ləzgi olan Elxan Süleymanov 1974-cü il iyulun 15-də Azərbaycanın Qusar rayonunun Həzrə kəndində anadan olub. O, Azərbaycan Tibb Universitetini bitirib. Bir müddət Bakıda Onkoloji Elmi Mərkəzində işləyib. Moskvada işlədiyi vaxt Çeçenistan Prezidenti Ramzan Kadırovun dəvəti ilə Çeçenistana gedib və Qroznı Onkoloji Dispanserinin rəhbəri vəzifəsinə təyin olunub. 2016-cı il Kadırovun sərəncamı ilə Çeçenistanın səhiyyə naziri olub. 

Mənbələr azərbaycanlı həkimin hazırda ya öldürüldüyünü, ya da həbs olunduğunu bildirib. 

Ağarza Elçinoğlu