Səhər saatlarında Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən yeni doğulmuş qız uşağı tapılıb.

"Unikal" xəbər verir ki,  bu  barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, yoldan tapılan körpə xəstəxanaya təhvil verilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan rayon təcili yardım tibb personalına təhvil verilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb.