Xaçmazda ev yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayonunun Nərəcan kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 70 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.