Los-Anceles Şəhər Şurası məşhur aktrisa Merilin Monronun yaşadığı evi sökülməsi ilə bağlı qərarı ləğv edib.
"Unikal" xəbər verir ki, o, tarixi-mədəni irsin mühüm hissəsi kimi tanınıb.
Bildirilir ki, Merilin Monronun 1962-ci ildə 77 500 dollara aldığı və 36 yaşında öldüyü ev sökülməkdən xilas edilib. Brentwood bölgəsindəki dörd otaqlı malikanə 2023-cü ilin iyulunda Los-Anceles Binalar Departamentinə söküntü ərizəsi verən və sentyabrın 5-də icazə alan "Glory of the Snow" MMC tərəfindən 8,35 milyon dollara alınıb.
Los-Anceles Şəhər Şurası vəziyyətə müdaxilə edib və yekdilliklə aktrisanın evinin qorunmasına səs verib. Şura üzvləri bildiriblər ki, 1929-cu ildə tikilmiş malikanə rəsmi olaraq tarixi abidə elan edilməlidir.
Gülayə Mecid