Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” Təqaüd Proqramı çərçivəsində cəzaçəkmə müəssisəsində yetkinlik yaşına çatmayan 15 gənc İKT sahəsi üzrə məzun olub.

Bu barədə "Unikal"a Agentlikdən məlumat verilib.

Bildirilir ki, Ədliyyə Nazirliyi ilə birgə təşkil edilən təlimlərdə “IT helpdesk” mütəxəssisi olaraq yetişdirilən gənclər azadlığa çıxdıqdan sonra cəmiyyətə daha sürətli adaptasiya ola biləcək.

"Beynəlxalq araşdırmalara əsasən, həbsxanada olarkən təhsil proqramlarından faydalanmış məhbusların azadlığa çıxdıqdan sonra həbsxanaya qayıtma ehtimalı daha az olur", - məlumatda deyilir.