Bakıda yaşayış binasının blokundan uşaq maşını oğurlanıb.

"Unikal" Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, 32/15 ünvanında qeydə alınıb.

Dəyəri 500 manat olan "Range Rover" maşını naməlum şəxs tərəfindən oğurlanıb. Oğurluq hadisəsi ilə bağlı polisə məlumat verilib.