Türkiyəli müğənni Mahsun Kırmızıgül səhnəyə şortiklə çıxdığına görə onu tənqid edənlərə cavab verməli olub.
“Unikal” xəbər verir ki, ifaçı sosial şəbəkədə hadisənin necə baş verməsindən yazıb:
“Sosial şəbəkələrdə təxminən bir ay əvvəl səhnədə şortik geyinməyimlə bağlı tənqidlər səslənir.
Hadisə belə oldu: Bodrumda “Günay” səhnəsində proqram bitəndə səhnədən düşüb gündəlik paltarımı geyindim. Təxminən 8-10 dəqiqə sonra kulis qapısından çıxarkən gördüm ki, salonu dəstə-dəstə dolduran dəyərli tamaşaçılarım sözün əsl mənasında məkanı dağıdırlar ki, bir daha səhnəyə çıxım. Tamaşaçıların məni yenidən səhnəyə çağırdığını eşidən kimi son anda pencəyi geyinib yenidən qayıtmalı oldum. Geyindiyim paltara görə tamaşaçılardan üzr istədim. Bunu bilməyinizi istəyirəm. Karyeram boyu bir dəfə də olsun dinləyicilərimə, sevdiklərimə hörmətsizlik etməmişəm. İddia edirəm ki, bu dünyada mənim qədər dinləyicisinə hörmət edən sənətkar yoxdur”.
Nuranə Abbasova