Bakının Xəzər rayonununda mebel mağazasında yanğın baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, qəsəbənin Əli İsazadə küçəsində yerləşən 3 mərtəbəli mebel satış mağazasının birinci mərtəbəsində yanğın baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları çağırılıb və yanğın söndürülüb.

Qeyd edək ki, yanğın təqribən 150 km. ərazini əhatə edib. Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.