Ukrayna Silahlı Qüvvələri Rusiyanın Sevastopol Gəmi Zavodunu raketlərlə vurub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Bildirilib ki, hücum nəticəsində yanğın baş verib, 2 nəfər ölüb, azı 24 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti orta ağırdır. 

Şəhər qubernatoru Mixail Razvojayev qeyd edib ki, böyük bir desant gəmisi və dizel-elektrik sualtı qayığı vurulub. 

Ağarza Elçinoğlu