Azərbaycanlı saz ifaçısı, aşıq Abbas Musaxanoğlu vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə aşıq Samirə Əliyeva sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, Abbas Musaxan oğlu Güləliyev 1954-cü ildə Şamaxı rayonunun Şıxzərli kəndində doğulub. Ustad sənətkar 2019-cu ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.