Qərb dövlətləri Rusiyaya öz üstünlükləri mövqeyindən baxır, onun sərvətlərini ələ keçirmək istəyir, eyni zamanda ondan qorxurlar.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Razvedçik” jurnalı üçün məqaləsində bildirib.

Onun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə Qərbi rusofobiya dalğasının vurması heç də təəccüblü deyil. 

Patruşev qeyd edib ki, Qərbin hökmranlığını gücləndirmək üçün effektiv üsul digər ölkələrin və qitələrin sakinlərinə psixoloji təsir göstərməkdir.  

Gülayə Mecid