2022-ci il sentyabr hadisələrində qəhrəmanlıq göstərən Quliyev Fərid Vahid oğlunun şəhadətindən 1 il ötür.  

"Unikal" xəbər verir ki, Quliyev Fərid Vahid oğlu 07 noyabr  2003-cü ildə Qaradağ rayonu,Lökbatanqəsəbəsində anadan olub. 

2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Xüsusi Təyinantlı Qüvvələrin hərbi hissələrdən birində  əsgər kimi hərbi xidmət etmişdir. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir.Quliyev Fərid Vahid oğlu 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda  gedən döyüş əməliyyatlarında  iştirak edərək  igidlik və  mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş şəhid Əzizli Sadiq Zaur oğlu  Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və  "Vətən uğrunda"  medalı ilə təltif edilmişdir.Şəhidin adı özünün doğulub boya başa çatdığı Lökbatan qəsəbəsində, ailəsinin yaşadığı küçəyə verilərək əbədiləşdirilmişdir.

Şəhidin il dönümü ilə əlaqədar olaraq Qaradağ rayon İcra Hakimiyyətinin başçısı,İcra Hakimiyyətinin vəzifəli şəxsləri,digər idarə və müəssisə rəhbərləri və ailəsi ilə birlikdə şəhidin məzarı  ziyarət olunmuş və məzarı üzərinə əklil qoyulub. Qaradağ rayon İcra Hakimiyyətinin başçısı  şəhid ailəsinə baş sağlığı vermiş və vətən üçün canından keçən övladların heç zaman unudulmayacağını bildiriblər. Bundan əlavə ölkə rəhbərliyinin şəhid ailələrinə daimi diqqət və qayğısının olduğunu və bunun davamlı olacağını ziyarət iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra şəhidin il dönümü ilə əlaqədar təşkil olunmuş mərasimdə  iştirak edilib. 

Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə eləcə şəhid adının daimi uca tutulması üçün görülmüş işlər ilə əlaqədar Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.