İranın baş prokuroru Məhəmməd Mohadi Azad Rusiya və Türkiyənin baş prokurorları ilə ayrılıqda görüşüb.

"Unikal" xəbər verir ki, görüş Bakıda keçirilən İƏT-ə üzv ölkələrin baş prokurorlarının dördüncü iclası çərçivəsində baş tutub. 

Məlumata görə, tərəflər ikitərəfli hüquqi və məhkəmə əməkdaşlığının inkişafını müzakirə ediblər. 

O, KİV-ə açıqlama verməkdən imtina edib. 

Ağarza Elçinoğlu