İsrailin “The Jerusalem Post” qəzeti" "Dünyanın ən nüfuzlu 50 yəhudisi”nin illik siyahısını dərc edib.

"Unikal" xəbər verir ki, ilk 50-likdə birinci yeri Amerikanın OpenAI şirkətinin rəhbəri Sam Altman tutub və “Postscript” qeyd olunan əsas siyahıdan sonra "Wagner PMC"-nin təsisçisi Yevgeni Priqojin qeyd olunub.

“The Jerusalem Post” rusiyalı sahibkarla bağlı bioqrafik qeyddə onun restoran biznesindəki fəaliyyətini, həmçinin “2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə etmək üçün yaradılan “trol fabriki”nin işini xatırladıb.  ” 

Dünyanın ən nüfuzlu yəhudiləri reytinqində ikinci yeri İsrailin baş naziri Benyamin Netanyahu , üçüncü yeri isə ABŞ dövlət katibi Antoni Blinken tutub . Eyni zamanda, 2022-ci ildə reytinqdə birinci yerdə olan Ukrayna prezidenti Volodimir Zelenski ilk 50-liyə daxil olmayıb .