Polşanın bəzi ölkələrdəki konsulluqlarında qeyri-qanuni viza verildiyi müəyyən edildikdən sonra saxlanılan 7 nəfərdən 3-ü həbs edilib.

"Unikal" xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi onların ölkənin viza prosedurlarında vasitəçi kimi çıxış edən bütün şirkətlərlə müqavilələrinə xitam verib. Polşanın Honq-Konq, Tayvan, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanı, Sinqapur, Filippin və Qətərdəki konsulluqlarında bəzi şəxslərə pul qarşılığında qeyri-qanuni viza verildiyi müəyyən edilib.

Xarici İşlər Nazirliyinin bu gün verdiyi açıqlamada, Polşa Xarici İşlər Nazirliyinin Konsulluq Departamentində və Polşaya bağlı bütün konsulluqlarda araşdırma aparılacağı və 2011-ci ildən bu yana Polşanın viza prosedurlarında vasitəçilik edən şirkətlərlə imzalanmış müqavilələrə xitam veriləcək.

Viza qalmaqalının alovlanması ilə Polşa XİN Hüquq və Uyğunluq İdarəetmə Ofisinin direktoru Yakub Osajdanı vəzifəsindən azad edib.