Sentyabrın 12-də Şimali Makedoniya hakimiyyəti heç bir izahat vermədən Rusiyanın Skopyedəki səfirliyinin üç diplomatını "persona non-qrata" elan edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Şimali Makedoniya tərəfindən Rusiyanın Skopyedəki səfirliyindən diplomatların çıxarılması cavabsız qalmayacaq. Şimali Makedoniya hökuməti Rusiya Federasiyası ilə onsuz da dərin böhran içində olan münasibətləri çıxılmaz vəziyyətə salır" - deyə Rusiya XİN-in yaydığı bəyanatda bildirilib. 

Nuranə Abbasova