Nobel Fondu hər kateqoriya üzrə Nobel mükafatının məbləğini ötən illə müqayisədə 1 milyon İsveç kronu (təxminən 90 min dollar) artıracaq.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, 2022-ci ilin sonunda Nobel Fondunun sərmayə kapitalının bazar dəyəri 5,8 milyard krondan (təxminən 519 milyon dollar) bir qədər az idi.

Builki qaliblərin elanı oktyabrın 2-də başlayacaq.

Oktyabrın 2-dən 9-dək müxtəlif sahələr üzrə Nobel mükafatçılarının elan olunacağı Stokholm və Osloda Nobel Həftəsi keçiriləcək.

Nuranə Abbasova