Hər gün gündə 8 stəkan su içmək haqqında sonsuz məsləhətlər oxuyuruq. 

"Unikal" xəbər verir ki, "Science" jurnalında dərc edilən yeni araşdırmaya görə, sağlam yetkinlər üçün gündə 8 stəkan su içmək lazımsızdır.

Araşdırmaya görə, tələb olunan suyun miqdarı insandan insana və yaş, cins, boy, çəki, fiziki fəaliyyət və iqlim kimi faktorlardan asılı olaraq dəyişir.

Tədqiqat qrupu deyir ki, sağlam yetkinlər üçün gündə 8 stəkan suyun heç bir faydası yoxdur. Amma içə bilsən, təhlükəli deyil; çünki bədənimiz artıq suyu sidiklə xaric edə bilir.

Bəzi ekspertlərin fikrincə, bu məşhur inancın kökü elmdə yoxdur. Məsələn, 883 iştirakçı ilə aparılan araşdırma nəticəsində gündə 6 stəkandan az su qəbul edən 227 nəfərdə susuzluq əlamətləri müşahidə olunmayıb.

Gündə suya nə qədər ehtiyacımız var?

İnsanda nə qədər az yağ varsa, bir o qədər suya ehtiyacı var. Kişi bədəni ümumiyyətlə qadınlardan daha böyük və daha az yağ ehtiva etdiyi üçün daha çox su istifadə edir.  

Araşdırmalara görə, tələb olunan suyun miqdarı həyat boyu daim dəyişir. Ümumiyyətlə, suya ehtiyacımızın pik həddi 20-50 yaş arasındadır. Maddələr mübadiləsi yavaşlamağa başlayanda suya olan ehtiyac da azalır. Bunun səbəbi, tələb olunan suyun miqdarı maddələr mübadiləsinizdən və gündə yandırılan kalorilərin sayından asılıdır. Hüceyrələrin gün ərzində etdiyi hər şey su əsaslıdır. İstifadə olunan suyun miqdarı ilə yandırılan kalorilərin nisbəti həyat boyu sabitliyini qoruyur.

İqlim və həyat tərzinin suya ehtiyacımıza təsiri

İnsanın suya ehtiyacı ilə bağlı digər iki mühüm amil insanın yaşadığı iqlim və həyat tərzinin aktiv və ya oturaq olmasıdır. İsti iqlimlərdə yaşayan və daha çox fiziki fəaliyyətlə məşğul olan insanlarda suyun hərəkəti daha yüksək görünür.

Bundan əlavə, tədqiqatın nəticələrinə görə, inkişaf etmiş ölkələrlə müqayisədə az inkişaf etmiş ölkələrdə insanların su hərəkətliliyi daha yüksəkdir. Mütəxəssislər bunun səbəbini belə izah edirlər: Kasıb ölkələrdə insanlar hər gün açıq havada və ümumiyyətlə çoxlu fiziki fəaliyyət tələb edən işlərdə işləməli olurlar.

Mütəxəssislər dünyanın istiləşməsinin suya olan ehtiyacımızı daha da artıracağını bildirirlər. Bu, artıq təmiz suya çıxışı məhdud olan dünyada 2 milyard insanın vəziyyətini xeyli pisləşdirə bilər.

Beləliklə, yekun olaraq, gün ərzində nə qədər su içməliyik?

Cavab sadədir...

Susuz olduğunuz zaman suyunuzu için. Həmişə suya üstünlük verin. Metabolik problemlər yarada biləcək şəkərli içkilərdən uzaq durun. Qəhvə və çay içməyin heç bir zərəri yoxdur.

Kofein sidiyə getmə tezliyini artırsa da, gündə 400 milliqram olan kofein həddini aşmamaq şərti ilə çay və qəhvə də orqanizmin su balansına təsir edir. Unutmaq olmaz ki, suyu da yeməkdən alırıq. Məsələn, meyvə, tərəvəz, lobya, qatıq,  düyü və şorbalarda bol su var.

Mütəxəssislərin son bir təklifi var: bədəninizə qulaq asın. Ehtiyac hiss etdiyiniz zaman su içsəniz, yaxşı olacağına əmin ola bilərsiniz...