Bakıda keçmiş məhkumun evində külli miqdarda narkotik aşkarlanıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Mahmudovun yaşadığı evə baxış zamanı oradan 2 kiloqram 155 qram metamfetamin ("patı"), 410 qrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Araşdırma davam etdirilir.