Xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru Yusif Eyvazov həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun ad gününü qeyd edib.

"Unikal" xəbər verir ki, Y. Eyvazov  video çəkərək, onun üçün "Ad günün mübarək" mahnısı oxuyub. Görüntülərdə Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə də yer alıb. 

Sözügedən videonu Anna sosial şəbəkə hesabında paylaşıb.