Tanınmış modelllər Nikki Coats və Maleesa Mooneynin cəsədləri bir neçə gün fərqlə ABŞ-ın Los-Anceles şəhərindəki göydələndə tapılıb.

"Unikal" xəbər verir ki, hər iki modelin eyni göydələndə mənzillərində ölü tapılması diqqət çəkib. Belə ki, Nikki Coatsdan bir müddət xəbər alınmayıb. Ailəsinin xəbərdarlığı üzərinə onun mənzilinə baxış keçirilib. Sentyabrın 10-da onun meyiti göydələndəki mənzildə tapılıb. Polis Coatsın ölümünün təbii olmadığını bildirib.

Cəmi iki gün sonra daha bir model  31 yaşlı Maleesa Muninin də meyiti mənzilində tapılıb. Polis modelin ölümünün rəsmi olaraq adam öldürmə olduğuna qərar verib. 

Modellərin ailələri  bunun bir cani tərəfindən öldürüldüklərinin iddia edib. Hadisə ilə bağlı araşdırma başladılıb.