Yenidən Moskva meri seçilən Sergey Sobyanin vəzifəyə rəsmi başladığı gün paytaxt hökumətini istefaya göndərib.
"Unikal" rus mediasına istinadən xəbər verir ki, o, bu barədə sərəncam imzalayıb.
"Moskva hökumətinə yeni hökumət qurulana qədər öz səlahiyyətlərini həyata keçirməyi tapşırıram", - sənəddə qeyd olunub.
Həmçinin, icra hakimiyyəti başçıları, onların birinci müavinləri, inzibati ərazi dairələrinin prefektləri və digər vəzifəli şəxslər vəzifələrindən azad ediliblər.
Qeyd edək ki, Sobyanin rəsmi olaraq sentyabrın 18-də vəzifəsinin icrasına başlayıb.
Gülayə Mecid