Ötən ilin fevral ayında Zərdab rayonunun Çallı kəndində baş verən dəhşətli yanğında xəsarətlər almış 8 yaşlı Gülməmməd Əhmədli yenidən məktəb həyatına başlayıb.

“Unikal” xəbər verir ki, yanğın zamanı Gülməmmədin anası, 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və onun 2013-cü il təvəllüdlü bacısı Əhmədli Gülayə Pərvin qızı yanaraq vəfat ediblər.

Gülməmməd və onun nənəsi isə ağır yanıq xəsarətləri ilə Bakı şəhərinə aparılaraq 5 saylı şəhər klinik xəstəxanasına yerləşdirilmişdilər.