Qətərin vasitəçiliyi ilə İran və ABŞ arasında məhbus mübadiləsi baş tutub.
"Unikal" xəbər verir ki, İran ABŞ-la razılaşma çərçivəsində beş amerikalı məhbusu azad edib.
İran XİN nümayəndəsinin sözlərinə görə, ABŞ-dan yalnız iki keçmiş məhbus qayıdacaq, digər ikisi isə onların xahişi ilə ABŞ-da qalacaq. O əlavə edib ki, başqa bir məhbus üçüncü ölkədə ailəsinə qoşulacaq. Razılaşmanın bir hissəsi olaraq Tehran humanitar məqsədlər üçün dondurulmuş 6 milyard dollarlıq aktivlərə də çıxış əldə edəcək.
20:28
İranda saxlanılan 5 Amerika vətəndaşı sərbəst buraxılıb.
"Unikal" xəbər verir ki, Ağ Ev rəsmiləri Amerika mətbuatına verdiyi açıqlamada ABŞ vətəndaşlarının və 2 ailə üzvünün təyyarə ilə İranı tərk etdiklərini və bu şəxslərin əvvəlcə Qətərin paytaxtı Dohaya gedəcəklərini bildirib.
Rəsmilər sözügedən şəxslərin sağlamlıq yoxlamalarından sonra ABŞ-a məxsus hökumət təyyarəsi ilə ölkələrinə qayıdacaqlarını bildirib.