"Üçtərəfli bəyanatın əsas öhdəliklərindən biri də qeyri-leqal erməni ordusu üzvlərinin Qarabağdan qısa zamanda çıxarılması idi".
"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, hazırda Azərbaycan ərazisində 10 min qanunsuz erməni hərbiçisi var:
"Bu gün daha 6 Azərbaycan vətəndaşı erməni terrorunun qurbanı oldu. Qarabağda və bütövlükdə Qafqazda sülh üçün antiterror əməliyyatları labüd idi. Dayanıqlı sülh yalnız terrora son qoyulduqdan sonra mümkündür".