"Qarabağda hələ də Ermənistanın qanunsuz rejimi öz mövcudluğunu davam etdirir. Onların 10 min hərbçisi və 200-dən artıq silah-sursatı qalıb. Rəsmi İrəvan da bunu dəstəkləyir".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT Haber"ə müsahibəsində deyib.
"Onlar 9 sentyabrda Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdilər. Orada qanunsuz "seçkilər" keçirildi. Dünən onlar baş nazir təyin etdilər. Bütün bunların arxasında da Ermənistan özü dayanır. Dünən humanitar yardımların keçidi təmin olundu. Bu gün isə onlar minalarla həm mülki şəxslərə, həm də polislərimizə terror həyata keçirdilər. Ona görə də artıq bəsdir. Onlar bizim dialoq çağırışlarımıza rədd cavabı verirdilər. Tədbirlərin əsas mahiyyəti qanunsuz rejimin silahlı qüvvələrin neytrallaşmasıdır. Bundan sonra sülh üçün fürsət yarana bilər. Amma bunun üçün mövcud qanunsuz rejim öncə özünü buraxmalı və tərksilah edilməlidir. Qarşıya qoyulan əsas məqsədə nail olunub. Bundan sonra əməliyyat nöqtə atışları ilə davam etdiriləcək. ", - ölkə liderinin köməkçisi bildirib.
Hikmət Hacıyev əlavə edib ki, antiterror əməliyyatının Ermənistan əraziləri ilə heç bir əlaqəsi yoxdur.
Ağarza Elçinoğlu
Azerbaycan Cumhurbaşkanı Yardımcısı Hikmet Hacıyev Karabağ'daki antiterör önlemlerine ilişkin son durumu @trthaber ‘de anlatıyor. https://t.co/1jfKTM4awA
— TRT Haber Canlı (@trthabercanli) September 19, 2023