Roma Papası ​​dünyanı nüvə silahlarını aradan qaldırmağa və adi silahlardan yalnız özünümüdafiə üçün istifadə etməyə çağırıb.

"Unikal" "Vatican News"a istinadən xəbər verir ki, bunu Papa Fransisk deyib. 

Papa bildirib ki, indiki vəziyyət 1962-ci ilin oktyabrında Kuba raket böhranında olduğu kimi dünyanın nüvə müharibəsi astanasında olduğu dövrü xatırladır: "Nüvə silahlarından azad dünya mümkündür və lazımdır".

Ağarza Elçinoğlu