Polşa prezidenti Anjey Duda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşünü qrafik dəyişikliyinə görə ləğv edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rzeczpospolita məlumat yayıb. 

Qeyd olunub ki, görüş BMT Baş Assambleyasının sessiyası zamanı baş tutmalı idi. Polşa lideri bildirib ki, digər görüşlərin cədvəlində dəyişiklik edildiyi üçün Zelenski ilə görüş gündəlikdən çıxarılıb.

Yerli KİV bildirib ki, bu addım Varşavanın Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyması səbəbindən Polşa ilə Ukrayna arasında münasibətlərin pisləşməsi fonunda baş verib.

Ağarza Elçinoğlu