İsrailin baş naziri Benyamin Netanyahu Ukrayna prezidenti Volodimir Zelenskiyə Kiyevə humanitar yardım göstərməyə davam edəcəyinə söz verib.

"Unikal" xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

İki ölkə liderlərinin görüşü BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutub.

"Mən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüm və İsrailin Ukraynaya humanitar məsələlərdə, o cümlədən piyada əleyhinə minalarla mübarizədə kömək etməyə davam edəcəyini açıqladım” , - deyə baş nazir bildirib.

Ağarza Elçinoğlu