Sentyabrın 20-si saat 02 radələrində Masallı rayon sakini 1988-ci il təvəllüdlü Sadıqov Azər Böyükağa oğlu idarə etdiyi "Yamaha" markalı motosiklet ilə Bakı şəhəri, Nizami rayonu, Ziya Bünyadov prospektində hərəkətdə olarkən Koroğlu metrostansiyasının üzərində yerləşən körpüyə çatmamış bordürə dəyib.

"Unikal"ın məlumatına görə, o, hadisə yerində ölüb.

Fakt üzrə Nizami RPİ-nin İŞ-də araşdırma aparılır.

Murad İbrahimli